Əhalinin borclanma səviyyəsi 4 faiz bəndi artıb- Mərkəzi Bank

Əhalinin borclanma səviyyəsi üzrə uzunmüddətli diffuziya indeksi cari ilin II rübündə 4 faiz bəndi artaraq 23 faiz təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Kreditləşmə fəaliyyətinə dair sorğu”sunda qeyd edilib.

Kreditləşmə fəaliyyətinə dair sorğunun cari ilin II rüb üzrə nəticələrinə əsasən, respondent bankların 75 faizi əhalinin borclanma səviyyəsində dəyişiklik olmadığını, 25 faizi isə orta dərəcədə artım olduğunu bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.