Rusiyada banklar köhnə və zədəli dollar almaqdan imtina edir- SƏBƏB

Rusiya bankları vətəndaşlardan cüzi zədəli (ləkələr, cızıqlar) nağd dollar almağı demək olar ki, tamamilə dayandırıb

Azpost.info xəbər verir ki, bu barədə mənbələr “İzvestiya”ya bildiriblər.

“Əvvəllər bizim iri kredit təşkilatlarımızın ən böyük ABŞ bankları ilə birbaşa müqavilələri var idi. Ona görə də zədələnmiş əskinasları komissiya ilə qəbul edib, çıxarıb dəyişdirə bilərdilər. Təbii ki, sanksiyalara görə bütün bu razılaşmalar dayandırıldı”, – nağd pul dövriyyəsi üzrə ekspert Aleksey Voylukov bildirib.

VTB Rusiya banklarının zədələnmiş dollar və avroların qəbulu qaydalarını dəyişdiyini təsdiqləyib. Kredit təşkilatının nümayəndəsinin sözlərinə görə, belə əskinasları xaricə mübadilə üçün göndərmək olmaz və onlara daxili bazarda tələbat yoxdur.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.