Fransa ölkə tarixinin ən ağır büdcə kəsiri ilə üzləşib.
Azpost.info xəbər verir ki, bu barədə Fransanın iqtisadiyyat, maliyyə və sənaye naziri Antuan Armand bildirib.
Bunun fonunda o, dövlət maliyyəsinin rasionallaşdırılmasının zəruriliyinə işarə edib.
“Bir və ya iki müstəsna böhran ili istisna olmaqla, biz tariximizin ən pis kəsirləri ilə üzləşirik. Bu baxımdan vəziyyət çox ciddidir”, – Arman deyib.
Azpost.info