ABŞ-da Tramp və Zelenski arasında görüş baş tutmayıb- “Reuters”

ABŞ-da keçmiş prezident Donalda Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında görüş baş tutmayıb.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” agentliyi respublikaçılara yaxın mənbələrə istinadən yazıb.

Danışıqların aparılması istəyinin qarşılıqlı olduğu qeyd edilsə də, Zelenskinin ABŞ-a səfəri zamanı mümkün görüşün tarixi razılaşdırılmamışdı.

Sentyabrın 19-da Donald Tramp Rusiya ilə münaqişə barədə BMT Təhlükəsizlik Şurasının iclası üçün Nyu-Yorka gələndə Ukrayna rəhbəri ilə görüşə biləcəyini demişdi. Zelenski onunla “Ukraynanın qələbəsi planı” barədə danışmağı planlaşdırırdı.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.