ABŞ İsrailə 8,7 milyard dollarlıq hərbi yardım paketi ayırıb

İsrail davam edən hərbi səyləri dəstəkləmək üçün Vaşinqtondan 8,7 milyard dollarlıq yardım paketi alacaq.

Azpost.info xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“İsrail Müdafiə Nazirliyinin baş direktoru Eyal Zamir Vaşinqtonda ABŞ-ın İsrailə 8,7 milyard dollar dəyərində əhəmiyyətli yardım paketi ilə bağlı danışıqları yekunlaşdırıb”, – məlumatda deyilir.

Yardım paketinə böyük hərbi tədarüklər üçün 3,5 milyard dollar, hava hücumundan müdafiə sistemləri, eləcə də təkmil lazer sistemi üçün 5,2 milyard dollar daxildir.

Azpost.info

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.