İtaliya Rusiyanın nüvə doktrinasında dəyişiklikləri şərh edib

İtaliya baş nazirinin müavini Matteo Salvini Rusiyanın nüvə doktrinasının dəyişdirilməsini şərh edib. O qeyd edib ki, nüvə silahından istifadə barədə düşünmək istəmir.

Azpost.info xəbər verir ki, Salvini bunu RİA Novosti-nin sualına cavab olaraq bildirib.

O əlavə edib ki, nüvə sənayesi istilik və dinc infrastrukturun təmin edilməsi üçün istifadə edilməlidir.
Siyasətçi xatırladıb ki, onun mövqeyi İtaliya hökumətinin mövqeyi ilə eynidir. Yəni Ukraynaya və onun müdafiəsinə dəstək verməkdir.

Salvini rəsmi Romanın Kiyevə göndərilən silahların Rusiya ərazisində istifadəsi ilə razılaşmadığını da deyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.