Ermənistan Təhlükəsizlik Xidməti müxalifətin mitinqi ilə bağlı çağırış edib

Ermənistan Milli Təhlükəsizlik Xidməti müxalifətin axşama planlaşdırılan mitinqi öncəsi etiraz aksiyasının təşkilatçılarını konstitusiya quruluşunu devirməyə yönəlmiş bəyanatlar verməməyə çağırıb.

“Milli Təhlükəsizlik Xidməti 2024-cü il oktyabrın 2-də İrəvanın Respublika meydanında keçirilməsi planlaşdırılan mitinq zamanı müxalif siyasi qüvvələrin nümayəndələrini hakimiyyətin ələ keçirilməsi, konstitusiya quruluşunun zorakılıqla devrilməsi, bir şəxsə qarşı zorakılıq tətbiq edilməsi barədə bəyanatlardan, hakimiyyət nümayəndəsinə müqavimət göstərmək üçün ictimai çağırışlardan və ya zorakılıq hərəkətləri törətməkdən çəkinməyə çağırır”, -qurumdan bildirilib.

Arxiyepiskop Baqratın başçılıq etdiyi Ermənistan müxalifət qüvvələri Nikol Paşinyan hakimiyyətinə qarşı küçə siyasi mübarizəsinin yeni mərhələsinə başlamaq niyyətindədir. İlk mitinq oktyabrın 2-də axşam saatlarında baş nazirin ofisi də daxil olmaqla hökumət binalarının yerləşdiyi Respublika meydanında keçiriləcək.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.