Livan münaqişənin həlli üçün Rusiyadan yardım istəyib

Livan Yaxın Şərqdəki münaqişənin həlli üçün Rusiyadan yardım istəyib.

Azpost.info bildirir ki, bu barədə Livanın Rusiyada səfiri Şövqi Bou Nassar bildirib.

O, BMT və digər beynəlxalq təşkilatlar da daxil olmaqla, Yaxın Şərqdə və dünyanın bütün maraqlı tərəfləri və nüfuzlu aktorları ilə diplomatik səyləri və əlaqəni gücləndirməyi xahiş etdiklərini açıqlayıb.

O, həmçinin ümid edib ki, Rusiya Livana humanitar yardım çatdırmağa davam edəcək. Onun fikrincə, İsraillə münaqişə tezliklə bitməyəcək. “Görünür, bu münaqişə uzun müddət davam edə bilər ki, bu da daha çox köçkünlərin yaradacaq. Buna görə də Rusiya və digər dost ölkələrin humanitar yardımına daha çox ehtiyac olacaq”, – diplomat etiraf edib.

Kremlə yaxın “RIA_Kremlinpool” Telegram kanalı Rusiya prezidentinin Qətərə səfər edə biləcəyini bildirib.

Nəşr iddia edir ki, Moskva və Doha hazırda Putinin Qətərə və Qətər əmirinin Rusiyaya mümkün səfərinin vaxtını müzakirə edirlər. Ehtimal edilən səyahət tarixləri göstərilmir.

Belə bir səfər Yaxın Şərq münaqişəsinin həlli səylərinin bir hissəsi ola bilər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.