Polşa hökuməti “Şərq qalxanı” layihəsi çərçivəsində şərq sərhədində mina sahələrinin yaradılması ideyasını təsdiqləyib.
Azpost.info xəbər verir ki, bu barədə Polşanın TVP telekanalı məlumat yayıb.
Baş nazir Donald Tusk tərəfindən şəxsən yoxlanılacaq “Ojişe” poliqonunda tezliklə hərbi təlimlərin keçiriləcəyi də bildirilir.
Təlimlər təlimlər “Şərq qalxanı”nın elementlərinin sınaqdan keçirilməsi ilə bağlıdır. Təlimlər zamanı müxtəlif maneə və müdafiə istehkamları sınaqdan keçiriləcək: bunlar tank əleyhinə xəndəklər və minalanmış sahələrdir. Onların nəticələrini nəzərə alaraq, “Şərq qalxanı”nın təchiz edilməsi işlərinə başlanılacaq.
Layihənin ilkin olaraq 2025-ci ilin əvvəlində başlanması planlaşdırılsa da, sonradan tikintiyə bu il başlanılması qərara alınıb.
“Şərq qalxanı”nın 2028-ci ilə qədər tamamlanması planlaşdırılır. Layihənin dəyəri 2,6 milyard dollardır.
Azpost.info