BRİKS sammiti “dollar üzərində qələbə planı”nı təqdim edəcək?- Kremldən AÇIQLAMA

“BRİKS ölkələri arasında əməkdaşlıq dollara və ya başqa valyutaya qarşı yönəlməyib”.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Peskov Qərb mediasının Kazanda BRİKS sammitində “dollar üzərində qələbə planını” müzakirə etməyi planlaşdırdıqlarına dair iddialarını belə cavablandırıb.

“BRİKS çərçivəsində əməkdaşlıq heç kimə və heç nəyə qarşı yönəlməyib. Nə dollara, nə də digər valyutalara qarşı. O, əsas məqsədi bu formatda iştirak edən ölkələrin maraqlarını təmin etməkdən ibarətdir”, – Kreml sözçüsü bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.