Bakıda tanınmış aktyor və arvadı qətlə yetirilib

Bakıda ər və arvadı qətlə yetirilib.

Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 22-də saat 21 radələrində paytaxtın Nəsimi rayonunda 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviçin və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanın qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü İslam Hadıyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Qeyd edək ki, İosif Tkaç Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olub. O, bir sıra tamaşa və filmlərdə rol alıb.

İosif Tkaç 13 iyul 1939-cu ildə Bakıda anadan olub. Azərbaycan Politexnik İnstitutunda təhsil alıb. Bakı Kamera Teatrında çalışıb. 1995-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olub. Xarici film istehsalçılarının “Qraf Krestovski” (2004, rejissor Ramiz Fətəliyev / Rusiya) serialında baş həkim rolunda çəkilib.
Onun xanımı Lyudmila Tkaç isə uzun illər pedoqoji fəaliyyətlə məşğul olub və 2015-ci ildə Prezidentin Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.