“Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiya və delimitasiya sülh sazişi üçün çox mühümdür.
Azpost.info bildirir ki, bu sözləri Rusiya prezidenti Putin BRİKS sammitində Paşinyanın çıxışına münasibət bildirərkən deyib.
Putin logistik layihələrin həyata keçirilməsi ilə bağlı Paşinyanın sözlərini dəstəkləyib: “Logistika region üçün çox vacib məsələdir. Çox yaxşıdır ki, bu layihənin Azərbaycanla və digər ölkələrlə baş tutmasına müsbət yanaşırsınız. Son illərdə biz bu barədə çox danışırıq”-deyə Putin vurğulayıb.
“Çox yaxşıdır ki, sərhədlərin demarkasiya və delimitasiya prosesi başlanıb. Bu isə sülh sazişi üçün çox mühümdür”-deyə Putin daha sonra əlavə edib.