Britaniya kəşfiyyatı Ankaradakı hücumu “iyrənc terror aktı” adalandırıb

Britaniya Xarici Kəşfiyyat Xidmətinin (MI6) rəhbəri Riçard Mur Ankarada törədilən terror aktını pisləyib.

Azpost.info xəbər verir ki, o bu barədə “X”də paylaşım edib

“Anakarada törədilən iyrənc terror hücumundan dəhşətə gəlirəm və bunu tamamilə pisləyirəm. Şəhidlərin ailələrinə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”, – Mur bildirib.

O, İngiltərənin Ankaradakı səfiri olduğu müddətdə TUSAŞ-la sıx əməkdaşlıq etdiyini də qeyd edib.

Böyük Britaniyanın Ankaradakı səfirliyi də hadisə ilə bağlı paylaşım edib. Səfir hücumda həyatını itirənlərin ailələrinə başsağlığı verib, yaralananlara tezliklə şəfa diləyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.