Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ı Suriyada fəaliyyət göstərən PKK ilə əlaqəli qüvvələrə dəstək verməkdə ittiham edib.
Azpost.info xəbər verir ki, Ərdoğan bu dəstəyin əbədi olmayacağını qeyd edib.
“ABŞ bu terror təşkilatına bir müddət himayədarlıq edəcək, lakin sonra ondan əl çəkəcək. Suriyadakı qeyri-sabitlikdən faydalanan terror təşkilatının bəzi Qərb dövlətlərinin himayəsi altına keçmək cəhdləri boşa çıxır”, – Ərdoğan bildirib.
O, həmçinin bildirib ki, ABŞ bölgədəki terror təşkilatlarından özünün və İsrailin xeyrinə istifadə edir: “ABŞ öz maraqları və İsrailin təhlükəsizliyini təmin etmək üçün bölgədəki terror təşkilatlarından istifadə edir. Biz Suriyadan və ya başqa yerlərdən ərazimizə sızmağa cəhdlər edilə biləcəyini daim düşünməliyik. Bütün lazımi təhlükəsizlik tədbirlərini görmək lazımdır”, – Ərdoğan qeyd edib.
Azpost.info