“Məni əfv edin!” –Saakaşvili Gürcüstan prezidentinə müraciət etdi

Gürcüstanın sabiq dövlət başçısı Mixail Saakaşvili Gürcüstan prezidenti Salome Zurabişvilini onu əfv etməyə çağırıb.

Azpost.info bildirir ki, o, bu barədə sosial şəbəkələrdə yazıb.

“Prezident Salome Zurabişvili ilə tam həmrəyliyimi bildirirəm. Onun təxribata getməməsi və Rusiya prokurorluğunun tələbi ilə razılaşmamasını bəyəndim”.

Saakaşvili deyib ki, Moskvanın göstərişləri nəticəsində üç ildən artıqdır ki, qondarma ittihamlarla həbsxanada oturub: “Bu qanunsuz həbsə görə tarixi məsuliyyət daşıyan nominal rəhbərin olmasını istəmirəm. Qoy bu ədalətsizliyi həqiqətən aradan qaldıra bilən prezident Zurabişvili olsun”.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.