“Trampın bizə faydalı olan bir keyfiyyəti var…” –MEDVEDEV

“Kamala ilə məsələ bitdi…Qoy hırıldayaraq gülməyə davam etsin. Xüsusi Hərbi Əməliyyatın məqsədləri dəyişməz olaraq qalır və əldə olunacaq”.

Azpost.info bildirir ki, bu sözləri Rusiya Təhülkəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ-seçkinin nəticələrinə münasibətində bildirib.

“Trampın bizim üçün faydalı olan bir keyfiyyəti var: o, kökülü biznesmen kimi  axmaq müttəfiqlərə, pis xeyriyyə layihələrinə və acgöz beynəlxalq təşkilatlara pul xərcləməyə nifrət edir. Ukrayna da eyni kateqoriyaya aiddir. Trampın müharibəyə nə qədər pul verməyə məcbur olacağı sualdır. O, inadkardır, amma sistem daha güclüdür”-deyə Medvedev yazıb.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.