Azərbaycan hərbi qulluqçuları “Mavi Balina – 2024” təlimində iştirak ediblər

Aralıq dənizinin şərqində Türkiyə Respublikasının Silahlı Qüvvələrinin təşkilatçılığı ilə “Mavi Balina – 2024” təlimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təlimdə ümumilikdə 13 ölkədən 62 dəniz və hava qüvvə və vasitələri təlim tapşırıqlarını icra edərək, sualtı müdafiə döyüşlərinə, eləcə də müştərək dəniz əməliyyatlarına aid bilik və bacarıqlarını təkmilləşdiriblər.

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu “Mavi Balina – 2024” təlimində müşahidəçi qismində iştirak edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.