Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu-FOTO

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə müavinlər təyin edilib.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sərəncama əsasən, Xəyyam Fəxrəddin oğlu Məmmədov birinci müavin, İlham Üzeyir oğlu Bayramov və İlqar Tapdıq oğlu Gülməmmədov müavin təyin olunub.

Bu münasibətlə ADSEA-da iclas keçirilib və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təyin olunan müavinlər kollektivə təqdim edilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.