Sabiq korpus komandiri general Çingiz Şəfiyev vəfat edib

Sabiq korpus komandiri Çingiz Şəfiyev vəfat edib. 
Azpost.info bildirir ki, bu barədə hərbi bloqer Tofiq Şahmurdov məlumat verib.
 Ç.Şəfiyev  56 yaşında dünyasını dəyişib.
Çingiz Şəfiyev 3-cü korpusunun komandiri olub. O, 2011-ci ildən ordudan tərxis edilərək ehtiyata göndərilmişdi.
2011-ci ildə Müdafiə Nazirliyinin Şəmkir korpusunun Göygöl rayonunda yerləşən hərbi hissələrinin birində 7 əsgərin ölümü ilə nəticələnən cinayət hadisəsi ilə bağlı təhqiqat aparıldıqdan sonra Ali Baş Komandanın qərarı ilə Şəmkir korpusunun komandiri Çingiz Şəfiyev tutduğu vəzifədən azad olunmuşdu. Eyni zamanda o, general-mayor rütbəsindən bir pillə aşağı endirilmişdi.
Allah rəhmət eləsin!
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.