Diplomatik statusdan istifadə ilə edilən qaçaqmalçılıqda 14 kq qızıl külçələr olan daha bir çanta aşkarlanıb

Diplomatik statusdan istifadə edilməklə xarici ölkədə törədilmiş qaçaqmalçılıq faktı üzrə araşdırmalar nəticəsində içərisində 14 kiloqram qızıl külçələrin olan daha bir çanta aşkarlanıb.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, araşdırmalar nəticəsində hava limanındakı qeyd olunan saxlanc yerində içərisində 14 kiloqram qızıl külçələrin olduğu və gömrük sərhədindən keçməmiş daha bir çanta aşkar edilib.

Həmçinin, qaçaqmalçılıq cinayətində iştirakına əsaslı şübhələr müəyyən edilmiş Anar Qasımov Türkiyə Respublikasında saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.