Sabirabad sakinləri elektrik dirəyindən yıxılıb- Biri ölüb, digəri ağır yaralanıb

Sabirabad sakinləri 1989-cu il təvəllüdlü Manafov Novruz Yarməmməd oğlu və 1998-ci il təvəllüdlü Gülməmmədov Aqşin Gülağa oğlu elektrik dirəyindən yıxılıb.

Hadisə Salyan və Biləsuvar rayonlarının sərhədində qeydə alınıb.

İlkin məlumata görə, onlar sözügedən ərazidə elektrik xətlərini çəkərkən 15-20 metr hündürlükdə olan dirəkdən yıxılıblar.

Hadisə nəticəsində hər iki şəxs müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Onlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılarkən N.Manafov yolda keçinib.

Digər yaralı A.Gülməmmədova ilk tibbi yardım göstərilib. Vəziyyəti ağır olduğundan yaralının Bakıya göndərilməsi gözlənilir.

Qeyd edək ki, hər iki sakinin “Azərenerji”nin əməkdaşları olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.