“Avropa Komissiyasının yeni tərkibi ilə sıx əməkdaşlığa ümid edirik”- PAŞİNYAN

Ermənistan Baş naziri Nikol Paşinyan Ursula fon der Lyayeni Avropa Komissiyasının rəhbəri vəzifəsinə başlaması münasibətilə təbrik edib və AK-nin yeni tərkibi ilə əməkdaşlığın dərinləşməsinə ümid etdiyini bildirib.

Azpost.info xəbər verir ki, bu barədə TASS yazıb.

“Biz Ermənistanla Avropa İttifaqı arasında tərəfdaşlığı yeni zirvələrə çatdırmaq üçün yeni Avropa Komissiyası ilə sıx əməkdaşlığı gözləyirik”, – Paşinyan qeyd edib.

Ermənistan hakimiyyəti dəfələrlə Avropa İttifaqı ilə əməkdaşlığı Brüsselin mümkün hesab etdiyi dərəcədə gücləndirməyə hazır olduqlarını bəyan edib. İrəvan həm də xarici tərəfdaşlar, o cümlədən Aİ ilə əlaqələri dərinləşdirmək istəyir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.