2023-cü ildə Məhəmməd adı İngiltərə və Uelsdə oğlanlara verilən ən populyar ad olub.
Azpost.info bildirir ki, bu barədə Milli Statistika İdarəsi məlumat verib.
Milli Statistika İdarəsinin tərtib etdiyi illik siyahıya əsasən, Məhəmməd adı 2016-cı ildən bəri ən populyar 10 addan biridir. 2022-ci ildə ikinci yerdədir.
Oliver adı populyarlıq baxımından üçüncü yerdə olan Corcu əvəz edib.
Körpə qızlar üçün 2023-cü ildə ən populyar üç ad – Olivia, Amelia və İsla əvvəlki illə müqayisədə dəyişməyib.