Həmas girovların siyahısını Misirə təhvil verib

HƏMAS-ın Qəzza zolağında saxlanılan israilli girovların siyahısını Misir tərəfinə təhvil verdiyi iddia olunur.

APA xəbər verir ki, bu barədə “Əl Ərəbiyyə” telekanalı məlumat yayıb.

Telekanalın mənbələrinin bildirdiyinə görə vasitəçilər hazırda Qəzzada atəşkəs sazişi bağlamaq üçün aktiv məsləhətləşmələr aparır və guya İsrailə qoşunlarını Filadelfiya dəhlizindən (Misir və Qəzza sərhədindəki ərazinin bir hissəsi) çıxarması üçün təzyiq göstərirlər.

Mənbələrin məlumatına görə, Misirlə sərhəddə yerləşən Rəfah keçid məntəqəsinə nəzarət Fələstin Milli Administrasiyasına keçməli olacaq.

Qeyd edək ki, nə HƏMAS, nə də Misir hökuməti girovların adları olan siyahının ötürülməsini hələlik təsdiqləməyib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.