Məktəblərdə müəllim çatışmazlığı yoxdur- Emin Əmrullayev

Emin Əmrullayev
Emin Əmrullayev

“Azərbaycanda ümumilikdə məktəblərdə müəllim çatışmazlığı yoxdur”.

Bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazirin sözlərinə görə, müəllimlik kifayət qədər rəqabətli sahəyə çevrilib:

“Ucqar kəndlərdə dərs saylarının az olmasına görə, müəllim çatışmazlığı olur. Hazırda məktəb rasionallaşmasını buna görə aparırırıq ki, şagidləri daha yaxşı təhsillə təmin edək. Şagird sayı az olan məktəblərdə, yəni 1, 2, 3 uşaq olan məktəblərdəki şagirdlər digər məktəblərə daşınacaq”.

Nazir qeyd edib ki, şagird sayı 100-dən az olan məktəblərin hər birinin rasionallaşdırılacağı yanlış fikirdir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.