Balakən istiqamətində sərnişin qatarları fəaliyyətə başlayacaq

Yaxın günlərdə Balakən istiqamətində sərnişindaşımaya başlanılacaq.

Bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov bildirib.

“Hazırda jurnalistləri və sərnişinləri Balakən istiqamətində sərnişin daşıma maraqlandırır. Artıq buna sayılı günlər qalıb. Yaxın günlərdə biz ilk qatarın fəaliyyətə başlayacağı tarixi açıqlayacağıq. Bu, çox yaxın günlərdə yerinə yetiriləcək və deyim ki, biz də işləri tamamlayırıq, infrastruktur hazırlığı bitib, stansiyalarda təmir işləri aparılır. Yaxın günlərdə artıq biz sizlərlə birlikdə bunun şahidi olacağıq”, – o bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.