Cənubi Koreya Prokurorluğu Seulun müdafiə komandanlığının vəzifəsindən kənarlaşdırılan rəhbəri Li Çjin Unu həbs edib.
Azpost.info xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
“Komandir order əsasında həbs edilib”, – hərbi vəziyyət hadisələrini araşdırmaq üçün xüsusi olaraq yaradılmış qrupdan bildirilib.
Paytaxtın müdafiə komandanlığının rəhbəri kimi o, dekabrın 3-də hərbi vəziyyət elan edildikdən sonra parlamentə hərbi qulluqçular göndərib.
Azpost.info