“Gürcü arzusu” partiyasının namizədi Mixail Kavelaşvili Gürcüstanın yeni prezidenti seçilib.
Azpost.info xəbər verir ki, səsvermənin nəticələrinə görə, siyasətçi tələb olunan 200 səsi toplayıb.
300 seçicidən 224-ü Kavelaşviliyə səs verib. Beləliklə, o, birinci turda qalib gəlmək üçün lazım olan səslərin üçdə ikisini alıb.
Gürcüstanda ilk dəfə olaraq seçkilər birbaşa ümumxalq səsverməsi ilə deyil, seçki kollegiyasının iclasında keçirilib. Yeganə namizəd Kavelaşvili olub.
Seçkilər fonunda Tbilisidə müxalifət qüvvələrinin təşkilatçılığı ilə kütləvi etiraz aksiyaları başlayıb.
Azpost.info