“Türkiyə beynəlxalq ictimaiyyətin mesajını Suriyanın yeni hakimiyyətinə çatdırıb”- FİDAN

Türkiyə London sammitinə
Türkiyə London sammitinə

Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın region ölkələri və Qərblə məsləhətləşmələrdən sonra keçən həftə Dəməşqə səfər edib.

Azpost.info xəbər verir ki, bunu Türkiyə Xarici işlər naziri Hakan Fidan deyib.

“Region ölkələri və dünya ictimaiyyəti Dəməşqdəki yeni administrasiya ilə necə əlaqə saxlamalıdırlar? Əlaqələrimiz sayəsində biz ümumi vəziyyəti öyrənə və hamının az-çox razılaşdığı prinsipləri müəyyən edə bildik. Razılaşdırılmış prinsiplər ölkənin idarə olunması məsələlərinə və orada yaşayan müxtəlif dinlərin nümayəndələrinə münasibətə aiddir. Kalın beynəlxalq ictimaiyyətin gözləntilərini Suriyanın yeni hakimiyyət orqanlarına çatdırıb”, – Fidan bildirib.

Onun sözlərinə görə, Suriya müxalifətinin hakimiyyətə gələn qüvvələrinin bu mesaja cavabı dekabrın 14-də İordaniyanın paytaxtında ABŞ dövlət katibi Entoni Blinkenin və xarici işlər nazirinin iştirakı ilə səkkiz ərəb ölkəsinin xarici işlər başçıları arasında keçirilən danışıqlarda müzakirə edilib.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.