Salyan Su-Meliorasiya İdarəsinə rəis müavini təyin olunub

Abbas Lətif oğlu Mikayılov Salyan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəis müavini vəzifəsinə  təyin olunub.

Azpost.info bildirir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun müvafiq əmr imzalayıb.
Abbas Mikayılov Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirdikdən sonra Masallı rayonunda tikinti sektorunda müxtəlif vəzifələrdə çalışıb.

Daha sonra Masallı rayon İcra hakimiyyətinin tikinti və memarlıq şöbəsində məsləhətçi, şöbə müdiri işləyib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.