Rusiyalı general Kirilovun qətlinin arxasında kim dayanır?- “Reuters” AÇIQLADI

Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qüvvələrinin rəisi, general-leytenant İqor Kirilov və onun köməkçisi Ukrayna xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat nəticəsində öldürülüb.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” Ukrayna Təhlükəsizlik Xidmətindəki mənbəyə istinadən yazıb.

“Ukrayna Təhlükəsizlik Xidmətinin Moskvada keçirilən xüsusi əməliyyat çərçivəsində rus generalı Kirilov öldürülüb”, – mənbə deyib.

Mənbə onu da bildirib ki, Kiyev Kirilovu müharibə cinayətlərində ittiham edib və onu tamamilə qanuni hədəf adlandırıb.

Ukrayna tərəfi iddia edir ki, general Ukrayna Silahlı Qüvvələrinə qarşı qadağan olunmuş kimyəvi silahdan istifadə etmək əmrini verib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.