Avropa Komissiyası “TikTok”la bağlı araşdırma başladıb

Avropa Komissiyası Rəqəmsal Xidmətlər Aktı çərçivəsində “TikTok”la bağlı araşdırma başladıb.

Azpost.info xəbər verir ki, bu barədə Avropa Komissiyasından bildirilib.

Xidmət Rumıniyadakı prezident seçkilərinə müdaxilə risklərinə kifayət qədər nəzarət etməməkdə şübhəli bilinir.

Avropa Komissiyası şübhələri əsaslı hesab edərsə, Rəqəmsal Xidmətlər Aktı “TikTok”un şirkətin gəlirinin 6 faizi qədər cərimələnməsinə imkan verəcək.

“Biz indi “TikTok”un Rəqəmsal Xidmətlər Aktını pozub-pozmadığını hərtərəfli araşdırırıq. Bütün onlayn platformalar, o cümlədən “TikTok” pozuntulara görə məsuliyyət daşımalıdır”, – AK rəhbəri Ursula fon der Lyayen bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.