Rusiyada qatarların toqquşması nəticəsində 8 nəfər xəsarət alıb- Bir nəfərin vəziyyəti ağırdır

Rusiyanın Murmansk vilayətində iki qatarın toqquşması nəticəsində 8 nəfər xəsarət alıb, bir nəfərin vəziyyəti ağırdır.

Azpost.info xəbər verir ki, bu barədə “İzvestiya” mənbəyə istinadən yazıb.

Qeyd olunur ki, Knyajaya stansiyasında yük və sərnişin qatarlarının son vaqonlarının toqquşmasından sonra 4 vaqona ziyan dəyib. Mənbənin məlumatına görə, həmin vaqonlarda 161 nəfər, o cümlədən 32 uşaq olub.

Ümumilikdə isə qatarda 326 sərnişin olub.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.