Kazan meriyası yaşayış binasına PUA hücumu ilə bağlı açıqlama yayıb

PUA hücumundan sonra “Manhetten” kompleksinin sakinlərinin başqa yerə köçürülməsinə ehtiyac yoxdur.

Azpost.info xəbər verir ki, bu barədə Kazan meriyasından bildirilib.

“Köçürülmə tələb olunmayıb, lakin müvəqqəti yerləşdirmə mərkəzləri hazırlanaraq təxliyə təklifi edilib”, – məlumatda bildirilir.

Bununla belə, insanlar müvəqqəti məskunlaşma mərkəzlərinə təxliyə edilib. Zərbənin çoxmərtəbəli binanın dam hissəsinə dəydiyi vurğulanır. Ölən və yaralananlar olmayıb.

Volqa bölgəsində yerləşən “Manhetten” Kazanda PUA hücumu nəticəsində zədələnmiş ikinci yaşayış kompleksidir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.