Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

Yəməndən atılan raket gecə saatlarında Təl-Əviv şəhərindəki yaşayış massivinin uşaq meydançasında partlayıb.

Partlayış nəticəsində ətrafdakı evlərin şüşələri qırılıb.

“Ynet” portalının məlumatına görə, hücum nəticəsində 16 nəfər yüngül xəsarət alıb, 14 nəfər isə bomba sığınacaqlarına qaçarkən yaralanıb.

Qeyd edək ki, gecə saatlarında Yəməndən İsrailin mərkəzinə doğru bir raket atılıb. Ordunun mətbuat xidməti hava hücumundan müdafiə vasitələrinin raketi vura bilmədiyini açıqlayıb. Ölkənin mərkəzi hissəsində raket təhlükəsi ilə bağlı hava hücumu xəbərdarlığı elan edilib(azərtac).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.