“Milad bazarında terror göstərdi ki, “açıq sərhədlərə” son qoyulmalıdır”- Niderlandlı partiya lideri

Niderlandın ifrat sağçı Azadlıq Partiyasının lideri Gert Vilders Maqdeburqda Milad bazarında terror hücumundan sonra Avropada “açıq sərhədlərə” son qoymağa çağırıb.

Azpost.info xəbər verir ki, o, bu barədə X-də yazıb.

“Avropada növbəti vəhşi hücum – bu dəfə Səudiyyə Ərəbistanından. Yenə inanılmaz sayda günahsız qurbanlar, ölənlər və yaralananlar. Mən 20 ildən artıqdır ki, təkrar edirəm, “açıq sərhədlərə” son qoymağın vaxtıdır”, – partiya lideri bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.