Gürcüstan prezidenti hökuməti hədələdi

Gürcüstan Prezidenti Salome Zurabişvili ölkə rəsmilərini 29 dekabradək növbədənkənar parlament seçkiləri elan redilməyəcəyi təqdirdə, “rejimin çöküşü” ilə hədələyib.

APA xəbər verir ki, Prezident videomüraciətində bunun dialoqun alternativi olduğunu deyib.

“Rejimin çöküşü” dialoqa, kompromisslərə, güzəştlərə alternativdir. Güzəştlər lazımdır, bəzi şeyləri etiraf etmək lazımdır, kompromisslər lazımdır. Əks halda rejim yıxılacaq”, – Salome Zurabişvili videomüraciətində bildirib.

Prezident hamını ikinci mərhələyə hazır olmağa çağırıb. O, dekabrın 29-dan sonra da ölkənin legitim prezidenti qalacağını bəyan edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.