Suriyanın xarici işlər naziri Əsəd Həsən əl-Şibani İranı Suriya xalqının iradəsinə və ölkənin suverenliyinə hörmət etməyə çağırıb.
Azpost bildirir ki, Əl-Şibani sosial şəbəkədə yazıb: “İran Suriya xalqının iradəsinə, ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməlidir”.
Xarici işlər naziri həmçinin İranı Suriyada xaos yaymaqdan çəkinməyə və son bəyanatlara görə məsuliyyətli olmağa çağırır.
Əl-Şibaninin mesajı bazar günü televiziya ilə çıxışında Suriya gənclərini “ölkədə qeyri-sabitliyi təşkil edənlərə qarşı qətiyyətlə dayanmağa” çağıran İran İslam Respublikasının lideri Ayətullah Əli Xameneiyə cavabdır.
Dekabrın 8-də Suriyadakı silahlı müxalifət Dəməşqi tutduqlarını və keçid hakimiyyətlərini formalaşdırdıqlarını açıqlayıb.