Bəhrəmtəpə yolunda qəza: 3 nəfər ölüb, 8 nəfər xəsarət alıb- FOTO - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İmişli rayonu, Aranlı kəndində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən AzPost-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti İmişli rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “VAZ-2107” markalı minik avtomobili ilə “OPEL” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və deformasiyaya uğramış nəqliyyat vasitələrində sıxılı vəziyyətdə qalanların olduğu müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən “OPEL” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan bir nəfər sərnişin xilas edilib, “VAZ-2107” markalı minik avtomobilindən isə bir nəfərin meyiti çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Yol-nəqliyyat qəzası zamanı üç nəfər həyatını itirib, səkkiz nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yanğınsöndürənlər tərəfindən ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.