Əli İnsanov partiya üzvlərinin rəsmi sayını açıqlayıb

Əli İnsanov
Əli İnsanov
Sabiq səhiyyə naziri Əli İnsanovun sədri olduğu Haqq-Ədalət Partiyası (HƏP) partiya üzvlərinin sayını açıqlayıb. 
Azpost bildirir ki, bu barədə partiyanın mətbuat xidmətinin açıqlamasında deyilir.
2024-cü il dekabr ayının sonuna HƏP – də partiya üzvlərinin sayı 30065 – ə çatıb. Respublikanın şəhər və rayonlarında 8 Regional Mərkəz fəaliyyət göstərir.  HƏP-in Bakı və digər iri şəhərlərdən başqa ümumilikdə 77 rayon təşkilatı var.
2024 – cü ildə HƏP sıralarını öz ərizələri və yaxud partiyanın nizamnaməsinin kobut şəkildə pozduğuna görə 14 nəfər partiya sıralarından xaric edilib.
Hesabat ili ərzində partiyaya daxil olmuş yeni üzvlərin sayı isə 2623 nəfər olub.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.