Polisdən narkotik əməliyyatı- Həbs olunanlar var

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də məhkum olunmuş Zeytunə Mirzəyeva, Valid Kazımlı və Tural Niftəliyev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, onlardan 8 kiloqram 350 qram marixuana aşkarlanıb. Saxlanılanlar şəxsiyyəti araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edildiklərini və pul qarşılığında narkotik vasitələri paytaxta aparmağa razılaşdıqlarını bildiriblər.

Keçirilən digər əməliyyatlar zamanı narkotiklərin dövriyyəsini təşkil edən daha 5 nəfər- Samir Məmmədov, Müşviq Cəfərov, Ruslan Əliyev, Elşən Niyətov və Rüstəm Mirzəyev saxlanılıblar.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.