2009-cu il iyul ayının 8-də “Ol” Gənclər Hərəkatının həmtəsisçisi olan Adnan Hacızadə ilə birlikdə Bakının Səbail rayonu ərazisində yerləşən “Lebanes” restoranında baş vermiş davada günahkar bilinib, onların barəsində Azərbaycan Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1 (xuliqanlıq) maddələri ilə cinayət işi açılıb. Cinayətdə təqsirli bilinərək Səbail Rayon Məhkəməsinin 11 noyabr 2009-cu il tarixli qərarı ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
2010-cu il noyabrın 19-də Salyan Rayon Məhkəməsində həbs müddətinin yarısını bitirdikdən sonra azadlığa buraxılması ilə bağlı şikayətinə baxılıb. Məhkəmə azadlığa buraxılması ilə bağlı qərar qəbul edib və məhkəmə zalından azadlığa buraxılıb.
2012-ci ilin yanvar ayının 27-də 15 sutkaya həbs olunub. Daha sonra ölkəni tərk edərək mühacirətə gedib.
