Avropa Birliyində USB-C şarj cihazları məcburi oldu

Avropa İttifaqı elektron tullantılarla mübarizə və istehlakçılara rahatlıq təmin etmək üçün yeni direktiv dərc edib.

Bu direktivə əsasən, Aİ-də satılan bütün mobil cihazların USB-C şarj portundan istifadə etməsi məcburidir.

Bu direktivə əsasən, 2025-ci ildən etibarən Aİ-də satılan bütün mobil cihazların USB-C şarj portundan istifadə etməsi məcburi hala gəlib.

USB-C şarj portunu vacib edən direktiv aşağıdakı cihazlara şamil olunur:

1. Mobil telefonlar

2. Planşetlər

3. Rəqəmsal kameralar

4. Qulaqlıqlar

5. Portativ dinamiklər

6. Elektron oxucular

7. Klaviaturalar

8. Mauslar

9. Oyun konsolları

Noutbuklar üçün uyğunluq müddəti 28 aprel 2026-cı il tarixinə müəyyən edilib.

İstifadə edilməmiş şarj cihazlarının sayını azaltmaq üçün Aİ istehsalçılara qutuya şarj cihazı qoymadan cihazları satmağa icazə verir.

Şarj cihazının daxil olub-olmaması qablaşdırmada aydın şəkildə göstəriləcək. (lent.az)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.