Aktyor Azər Baxşəliyev vəfat edib.
Bu barədə ATU-nun Mətbuat katibi Günel Aslanova məlumat verib.
O bildirib ki, aktyor dünən xəstəxanaya koma vəziyyətində daxil olub: “Azər Baxşəliyev dünən koma vəziyyətində xəstəxanaya daxil olub. O, bu gün günorta saatlarında vəfat edib. Daha əvvəl isə böyrək çatışmazlığından əziyyət çəkib və bununla bağlı əməliyyat olunub”.