Aktyor Azər Baxşəliyev vəfat edib.
Bu barədə APA-ya mərhumun dostu, aktyor Elsevər Camal məlumat verib.
O bildirib ki, Azər Baxşəliyev bu gün günorta saatlarında Yasamal rayonunda “Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək.
**
Dünən axşamdan etibarən həkimlərin səyləri baxmayaraq, xəstənin ümumi vəziyyətində geridönməz proseslər baş verib.
Bu barədə Azərbaycan Tibb Universitetinin mətbat katibi Günel Aslanova xəbər verib.
Bildrilib ki, poli orqan çatmamazlığı səbəbindən, orqanizm yaşama qabiliyyətini itirib: “Bu səbəbdən Azər Baxşaliyevin valideyn və ailə üzvlərinin istəyi ilə xəstə süni tənəffüs aparatından ayrılıb, bu gün evə aparılır”.