Tramp Çin sədri ilə “TikTok”u müzakirə edib –Detalları açıqladı

ABŞ-ın yeni prezidenti Tramp Çin sədri ilə danışdığını təsdiqləyib. 

Azpost bildirir ki, o bu barədə açıqlamasında deyib.

Tramp Si Sinpin ilə ticarət balansını, TikTok-u və digər məsələləri  müzakirə edib.

“Mən indicə Çin prezidenti Si Sinpin ilə danışdım. Həm Çin, həm də ABŞ üçün çox yaxşı söhbət oldu. Bir çox problemləri birlikdə və dərhal həll edəcəyimizi gözləyirəm. Ticarət balansı, fentanil, TikTok və bir çox başqa mövzuları müzakirə etdik. Prezident Si və mən dünyanı daha dinc və təhlükəsiz yerə çevirmək üçün əlimizdən gələni edəcəyik!” – Tramp yazıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.