Tramp Ukraynada müharibəni 100 gün ərzində dayandırmaq istəyir

ABŞ prezidenti Donald Tramp Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqa Rusiyanın Ukraynaya qarşı müharibəsini 100 gün ərzində dayandırmağı tapşırıb.

AzPost bildirir ki, bu barədə “Wall Street Journal” (WSJ) məlumat yayıb.

Qəzet qeyd edir ki, Rusiya prezidenti Vladimir Putinlə razılaşma əldə etmək Trampın seçki kampaniyası zamanı, o, vəzifəyə başlamazdan əvvəl münaqişəyə son qoyacağını dediyi zaman söylədiyindən qat-qat çətin iş olacaq.

Nəşrin mənbələrinə görə, Amerikanın yeni lideri Ukrayna üzrə danışıqlar prosesinin gedişatına şəxsən nəzarət etmək niyyətindədir. Qəzetin Kelloqun keçmiş həmkarları arasından həmsöhbətləri iddia edirlər ki, onu müstəqil fiqur adlandırmaq olmaz, çünki o, Trampın fikrindən tamamilə asılıdır. Bu səbəbdən Kelloq ABŞ və Rusiya arasında heç bir real danışıqlara buraxılmayacaq.

Yanvarın 7-də Tramp etiraf edib ki, Ukraynada müharibənin dayandırılması seçki kampaniyası zamanı elan etdiyi 24 saatdan daha uzun çəkə bilər. Kelloq da öz növbəsində tapşırığı 100 gün ərzində yerinə yetirmək istədiyini bildirib.

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.