Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” ilə bağlı yubiley medalı təsis ediləcək.
AzPost APA-ya istinadən xəbər verir ki, Milli Məclisə bununla bağlı qanun layihəsi daxil olub.
Azərbaycanın mətbuat tarixi Həsən bəy Zərdabinin 1875-ci ildə yaratdığı “Əkinçi” qəzetinın nəşri ilə başlamış və qəzetin ilk sayının işıq üzü gördüyü gün − 22 İyul hazırda Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur.
“Əkinçi” qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurmuşdu. Qəzetin fəaliyyəti Azərbaycanda maarifçiliyin əsasını möhkəmləndirmiş, millətin yeni qələm sahiblərinin − təfəkkürlü ziyalıların, neçə-neçə jurnalist nəslinin yetişməsində böyük tarixi xidmətlər göstərmişdir. “Əkinçi”, eyni zamanda, qadın azadlığı və qadın təhsili məsələlərini təbliğ etdib. Dini mövhumata, xurafata və cəhalətə qarşı kəskin çıxışlar etmiş, dövrünün ictimai-siyasi, eləcə də bədii düşüncənin inkişafına böyük təkan vermişdir. Ən əsası da bütün bu ictimai azadlıq ideyaları milli dilimizdə − Azərbaycan dilində reallaşdırılmışdır.