Borca görə axtarışda olan 68 nəfər saxlanılıb

polis
Borca görə
Borca görə axtarışda olan 68 nəfər saxlanılıb
Yanvarın 22-də ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
AzPost bildirir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.
Axtarışda olduğuna görə ümumilikdə 111, o cümlədən borca görə  axtarışda olan 68 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 43, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 95 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb.
Xatırladaq ki, məhkəmə təcrübəsində çox rast gəldiyimiz hallardan biri də borcun qaytarılmaması və yazılı şəkildə heç bir sənədin olmamasıdır. Bu halda borc verən və ya alan şəxs hansı tələblərə diqqət etməlidir?Ümumiyyətlə, borc müqaviləsi həm yazılı, həm də şifahi bağlana bilər. Hər bir halda borc verərkən yazılı sənədin, müqavilənin olması məqsədəuyğundur, çünki borc qaytarılmadığı halda yazılı sənədlər sübut kimi çıxış edir. Lakin yazılı sənəd olmadıqda isə borcun məbləği, borc verdiyiniz şəxsin kimliyi və s. məlumatları sübut etmək çətindir.

Borcun məbləği 3000 manat və daha çox olduqda, yaxud da tərəflərdən biri hüquqi şəxs olduqda isə borc müqaviləsi mütləq yazılı formada bağlanmalıdır.

Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir.

Onu da qeyd edək ki, pul vəsaitinin faizlə verilməsi lisenziyalaşdırılmış fəaliyyət olduğundan, fiziki şəxslərin xüsusi razılıq (lisenziya) almadan pul vəsaitini faizlə borc verməsi qanunsuz fəaliyyətdir, bu əməl inzibati və cinayət məsuliyyəti yaradır. Öz aranızda bağladığınız Müqavilələrdə pulun faizlə verilməsini qeyd etməyiniz arzuolunmaz nəticələrə gətirib çıxara bilər.

Borc müqavilələrinin bağlanılması zamanı öhdəliyin icra edilməsini əvvəlcədən təmin etmək üçün qanunverilicikdə başqa bir sıra tədbirlər də nəzərdə tutulmuşdur: qarantiya, zaminlik, girov, ipoteka və s.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.