Moldova Prezidenti Kiyevə gəlib, Zelenski ilə görüşüb –FOTO

Moldova
Moldova

Moldova Prezidenti Maya Sandu Kiyevə səfər edib. AzPost bildirir ki, bu barədə Maya Sandu “X” platformasındakı paylaşımında bildirib.

“Biz təhlükəsizlik, enerji, infrastruktur, ticarət və Avropa İttifaqı yolunda qarşılıqlı dəstəyi müzakirə edəcəyik. Moldova etibarlı qonşu olaraq qalır”, – Moldova Prezidenti paylaşımında bildirib.

Sandu Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.

Bu barədə Maya Sandu “X” platformasındakı paylaşımında bildirib.

“Biz regional təhlükəsizlik, infrastruktur əlaqələri, ticarət və Aİ-yə üzvlük mövzularını müzakirə etdik. Xüsusi diqqət enerji əməkdaşlığına və Rusiya təzyiqinə qarşı mübarizəyə yönəldi. Ukraynanın həmrəyliyinə görə minnətdaram”, – Moldova Prezidenti paylaşımında bildirib.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampın Ukraynaya təhlükəsizlik zəmanəti verəcəyi təqdirdə Rusiyanın dövlət başçısı Vladimir Putinlə danışıqların mümkünlüyünü istisna etməyib.

O, bu barədə “Bloomberg” agentliyinə müsahibəsində bildirib.

“Əgər Prezident Donald Tramp Ukrayna üçün güclü təhlükəsizliyi təmin edə bilərsə, biz diplomatik yolla gedəcəyik. Başa düşürəm ki, Rusiyasız müharibəni diplomatik yolla bitirmək mümkün deyil”, – V.Zelenski bildirib.

O, həmçinin qeyd edib ki, Ukraynada yerləşdirilən sülhməramlı qüvvələrin səmərəli olması üçün onların tərkibinə ABŞ qoşunları daxil edilməlidir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.